RU

Fordo ilə bağlı SENSASİON AÇIQLAMA - Trampın hücum əmrindən 30 dəqiqə əvvəl...

NASA-nın müşahidə sistemi ABŞ-ın hava hücumu barədə elanından az əvvəl İranın Fordo yaxınlığındakı nüvə obyektində güclü istilik buraxılışı qeydə alıb.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Agentliyin məlumatına görə, istilik siqnallarından biri ABŞ prezidenti Donald Trampın İrana qarşı hava zərbələri barədə açıqlamasından təxminən 30 dəqiqə əvvəl qeydə alınıb. Belə istilik siqnalları adətən bombardman və ya genişmiqyaslı yanğınların baş verdiyi ərazilərdə aşkar olunur.

NASA-nın müşahidə sistemi bəzən sənaye tullantıları və ya təbii yanğınları da qeydə ala bilər. Lakin son bir ay ərzində Fordo ərazisində bu tip hadisələr müşahidə edilməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İranda "Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə" uğurlu hücum təşkil etdiyini bildirib. O, Tehranı münaqişəyə son qoymağa razı olmağa çağırıb.

Musavat.com

Избранный
9
43
musavat.com

10Источники