RU

"Sabah" Qvadelupa millisinin üzvünü heyətinə qatdı - RƏSMİ

"Sabah" Qvadelupa yığmasının futbolçusu Stiv Solveti sıralarına cəlb edib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

"Bayquşlar" onunla 2 illik müqavilə bağlayıblar.

Solvet karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.O, millidə 13 oyunda 2 qola imza atıb.
 

Избранный
31
40
fanat.az

10Источники