RU

"Betis" "Atletiko"nun yarımmüdafiəçisini heyətinə qatır

Madrid “Atletiko”sunun cinah yarımmüdafiəçisi Rodriqo Rikelme karyerasında yeni səhifə aça bilər.

90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu “Betis”ə keçməyə yaxındır. Tərəflər artıq prinsipial razılıq əldə ediblər.

“Atletiko”nun yetirməsi olan Rikelme əsas komandada 75 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin “Jirona” və “Mirandes”in heyətində icarə əsasında çıxış edib.

“Transfermarkt” portalı yarımmüdafiəçinin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirir.

Избранный
35
7
90deqiqe.az

7Источники