RU

"Kəpəz"dən portuqaliyalı futbolçulara vida

Azərbaycan Premyer Liqası təmsilçisi "Kəpəz" daha 3 futbolçu ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, komandanın portuqaliyalı oyunçuları - Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeydala müqavilə yenilənməyib.

"Pana" ləqəbli Almeyda çempionatda "Kəpəz" forması ilə keçirdiyi 29 oyunda 1 dəfə fərqlənib. Müdafiəçi olan Verdaşka 27, Santos isə 31 matçda komandamızın şərəfini qoruyub.

Qeyd edək ki, Gəncə təmilçisi Azərbaycan çempionatının son mövsümünü 32 xalla 9-cu pillədə başa vurub.

İdman.biz

Избранный
63
45
idman.biz

10Источники