Azərbaycan milli komandasının üzvü Mahir Emreli yeni klubunda "Kayzerslatern"də ikinci qolunu vurub.

Offsideplus.az xəbər verir ki, 27 yaşlı hücumçumuz Almaniyanın Həvəskar Liqasında yarışan "Hermersberq"ə qarşı forma geyinib.

Start heyətdə meydançaya daxil olan Emreli fasilədə əvəzlənib.

O, komandasının 6-cı qoluna imza atıb.

Oyun "Kayzerslatern"in 10:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, iki gün öncə Mahir debüt matçında da fərqlənmişdi. Həmvətənimiz "Saar/Lüksemburq fanat yığması" üzərində qazanılan 19:0 hesablı qələbədən 1 qol vurmuşdu.