RU

Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub FOTO

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Qaradağ Buduq kəndi ərazisindən keçən hissəsində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Ford Tranzit” markalı nəqliyyat vasitəsi velosipedçini - Qaradağ Buduq kənd sakini 2012-ci il təvəllüdlü Seyid Əhmədovu vurub. Xəsarət alan uşaq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
45
apa.az

10Источники