“Yuventus”un cinah oyunçusu Samuel Mbanqula karyerasını Premyer Liqada davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bornmut” belçikalı futbolçu ilə maraqlanır.
Mbanqulanın daha əvvəl “Nottingem Forest”ə keçə biləcəyi bildirilib, lakin transfer baş tutmayıb.
21 yaşlı futbolçu 2024/25 mövsümündə A Seriyasında 23 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.