Ötən gün Yevlax rayonu ərazisində hadisə baş verib.
“Yeni Sabah” xəbər verir ki, Qarabağ Suvarma Kanalına məxsus DOOSAN 210 V markalı ekskavator yanıb. Hadisə keçmiş hərbi hissə olmuş ərazidə baş verib. Xəbərdə bildirilir ki, ekskavator ərazidə icazəsiz söküntü işləri aparırmış.
Xəbərdə bildirilir ki, dövlətə məxsus texnikadan Gülmalıyev Nizami İsmayıl oğlu idarə etməli olduğu halda İdarənin rəisi Ariz Mikayılovun bibisi oğlu Ədilzadə Nicat İntiqam oğlu idarə edib. Onun texnikanı idarə etmək hüququ olmayıb. Söküntü işləri aparılan zaman dəyəri 100 min AZN-dən artıq olan tesnika tamam yanıb. Marqarita pizza
Məsələ ilə bağlı Müdafiə Nazirliyi də açıqlama yayıb.
Qurumdan “Yeni Sabah”a bildirilib ki, 30 iyul 2025-ci il tarixində Yevlax rayonu ərazisində yerləşən N saylı hərbi hissənin yaxınlığında aparılan söküntü işləri zamanı Azərbaycan Su Ehtiyatları Agentliyinin balansında olan texnikanın yanması ilə bağlı hazırda Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır: “Təhlükəsizlik baxımından və istintaqın gedişinə müdaxiləyə yol verilməməsi üçün məsələnin detalları barədə hər hansı informasiya yayılması yolverilməz hesab olunur.
Araşdırmanın nəticələrinə uyğun olaraq, zərurət yarandığı halda aidiyyəti üzrə hüquq-mühafizə və prokurorluq orqanlarına müraciət ediləcək və ictimaiyyətə rəsmi məlumat təqdim olunacaq.
Müdafiə Nazirliyi bu məsələni nəzarətə götürmüş və araşdırmanın nəticələrinə uyğun olaraq əlavə məlumatların verilməsini təmin edəcəkdir”.
Telegram kanalımız