Vida mərasimində mərhumların ailə üzvləri, yaxınları, Ağdam və Ağcabədi rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha sonra Səfərov qardaşları valideynlərinin də dəfn edildiyi Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılıblar.
***
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri səhər saatlarında dəfn üçün Ağcabədi rayonuna gətirilib.
Ağcabədi şəhəri Xəlfələddin küçəsində keçiriləcək vida mərasimindən sonra mərhumlar Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.
İyunun 28-də Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda hadisə ilə bağlı dərin narahatlıq ifadə olunub.
"Rusiyanın məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", - deyə bəyanatda vurğulanıb.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта