RU

Avropa İttifaqı sədrliyi Danimarkaya keçib

BAKI, TurkicWorld

Avropa İttifaqına sədrliyi Danimarka təhvil alıb.

TurkicWorld xəbər verir ki, iyulun 1-dən etibarən Avropa İttifaqına (Aİ) növbəti altı ay müddətinə sədrlik rəsmi olaraq Danimarkaya keçib.

Bu müddət ərzində Danimarka İttifaqın gündəlik fəaliyyətinə və prioritet istiqamətlərinə rəhbərlik edəcək.

Kopenhagen öz sədrlik dövrünün şüarını “Dəyişən dünyada güclü Avropa” kimi elan edib və bu çərçivədə əsas diqqət müdafiə sahəsində Aİ-nin strateji muxtariyyətinin artırılmasına, qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə, 2050-ci ilə qədər karbon neytrallığı məqsədlərinə doğru irəliləyişə, qeyri-qanuni miqrasiya ilə mübarizəyə və Aİ-nin genişlənmə siyasətinə yönələcək.

Qeyd edək ki, Aİ-də sədrlik rotasiyası hər 6 aydan bir baş tutur. Danimarka bu vəzifəni Polşadan təhvil alıb və 2026-cı il yanvarın 1-də sədrlik hüququnu Cənubi Kipr Rum Administrasiyasına təhvil verəcək.

Избранный
16
3
turkic.world

10Источники