"Fənərbağça"nın bu yayki ilk transferi Con Duran olacaq.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı hücumçunun maliyyə şərtləri məlum olub.

21 yaşlı futbolçunun 1 illik icarəsi üçün "Əl-Nəsr"ə 15-16 milyon avro ödənəcək. Oyunçunun meneceri də bu keçiddən 5-6 milyon avro qazanacaq.

Gənc hücumçunun məvacibi Səudiyyə Ərəbistan klubu tərəfindən qarşılanacaq.

Bu barədə türkiyəli jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.

Duran bu ilin yanvarında "Əl-Nəsr"ə transfer olunmuşdu. S. Ərəbistan təmsilçisi onun üçün "Aston Villa"ya 77 milyon avro ödəyib.