RU

Rusiya Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirib, yaralılar var

Rusiya Ordusu gecə saatlarında Odessaya zərbə dronları ilə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Unian"a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

Onun sözlərinə görə, zərbə dronlarından biri yaşayış binasına tuş gəlib.

İlkin məlumata əsasən, hücum nəticəsində 5 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır. Hadisə nəticəsində 50 sakin təxliyə edilib, 6 mənzil tamamilə dağılıb, 36 mənzil isə qismən zədələnib.

Избранный
11
50
operativmm.az

10Источники