Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə yola düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri Saqinbek Abdumutalip məlumat verib.
O bildirib ki, Prezident Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycana işgüzar səfərdə olacaq.
Saqınbek Abdumutalip qeyd edib ki, işgüzar səfər zamanı Qırğızıstan tərəfindən Azərbaycan Respublikasının Ağdam rayonunda inşa edilmiş "Aykol Manas" məktəbinin rəsmi açılışı da baş tutacaq.