Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 51 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Milli.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Məlumata görə, son bir həftə ərzində ştatın 12 əyaləti güclü yağışlar, daşqınlar və torpaq sürüşmələrindən zərər çəkib:
22 nəfər itkin düşüb. Ştatda 400-dən çox yol bağlanıb, evlər, körpülərə, elektrik xətlərinə və əkin sahələrinə ziyan dəyib. Hindistanın Meteorologiya Departamenti narıncı xəbərdarlıq elan edib.
Ştatda 400-dən çox yol bağlanıb, evlərə, körpülərə, elektrik xətlərinə və kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Səlahiyyətlilər sakinləri ehtiyatlı olmağa çağırır.
Fidan
Milli.Az