RU

Rusiyanın 74 regionunda internet ÇÖKDÜ

Rusiyanın 74 regionunda internet bağlantısı ciddi şəkildə pozulub. 

KONKRET.az xəbər verir ki, yerli KİV-lərin və monitorinq resurslarının yaydığı məlumata görə, ölkənin 47 regionu tamamilə internetdən təcrid olunub, hətta kabel bağlantısı da kəsilib.

Bildirilir ki, bu cür genişmiqyaslı texniki nasazlıq ölkə üzrə ilk dəfə müşahidə olunur. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Bəzi regionlarda Telegram və WhatsApp kimi platformaların gecə saatlarında seçmə üsulla bloklandığı qeyd olunur. Rostov vilayətinin rəsmiləri isə bildiriblər ki, internet kəsintiləri “təhlükəsizlik məqsədilə” davam edəcək.

Mobil internetlə bağlı yerli istifadəçilərə isə rəsmi cavab belə verilir: “Bu, sizin təhlükəsizliyiniz üçündür.”

Ekspertlər və müşahidəçilər yaranmış vəziyyəti rəqəmsal senzura və informasiya axınının məhdudlaşdırılması istiqamətində atılmış addım kimi qiymətləndirirlər.

Natiq Səlim,
KONKRET.az

Избранный
14
50
konkret.az

10Источники