RU

Gəncədə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirildi - FOTOLAR

Aşura günü ilə əlaqədar Gəncənin “İmamzadə” dini kompleksində könüllü qanvermə aksiyası təşkil olunub. Səhər saatlarından başlayan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, aksiya çərçivəsində həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Toplanan qan ehtiyatı yoxlandıqdan sonra talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

Qeyd edək ki, qanvermə aksiyası gün ərzində davam edəcək.

Избранный
3
50
unikal.az

10Источники