RU

Qadın sürücü qəza törədib- Xəsarət alanlar var

Ajans.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Mehman qızı Kosayevanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə 1989-cu il təvəllüdlü Tərlan Qnyaz oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
50
Ajans.az

10Источники