Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-18 millisi ilk dəfə iştirak etdiyi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.


Rekord.az xəbər verir ki, millimiz bu dəfə Ukrayna ilə qarşılaşıb.


Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 78:65.


Təmsilçimiz qrupda növbəti matçını sabah Litva yığmasına qarşı keçirəcək.


Azərbaycan millisi qrupdakı ilk oyununda Bosniya və Herseqovina yığması üzərində 83:81 hesablı qələbə qazanıb.