Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev carı ilin 2 iyul tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, iki qardaş dövlət arasında qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektri müzakirə edilərək, münasibətlərimizin strateji, müttəfiqlik xarakteri bir daha təsdiqləndi. 2024-cü il avqustun 23-də Daşkənddə Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” bunun üçün möhkəm hüquqi zəmin yaratdı. Belə bir Müqavilə iki ölkənin arasında olan ən mühüm beynəlxalq-hüquqi sənəddir və müxtəlif sahələrdə əlaqələrin möhkəmlənməsinə və inkişafına xidmət edir.
Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək səviyyədə olmasının bir çox təzahürləri var və bu sırada xüsusi olaraq iqtisadi sahəni nümunə gətirmək olar. Məsələn, bir müddət əvvəl yaradılmış birgə İnvestisiya Fondu praktiki olaraq layihələrlə təmin edilib və hazırda 10-dan çox layihə üzrə artıq investisiya qərarlarının qəbulu qözlənilir. Energetika, mehmanxana biznesi, tikinti, kənd təsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektivi olan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgə həyata keçirilməsi qarşılıqlı investisiyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Bundan əlavə hər iki ölkə şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına əhəmiyyət verir və bu sahədə səmərəli əməkdaşlıq edir. İkitərəfli əlaqələrin yüksək xətt üzrə inkişafını təsdiq edən nümunələr sırasında Özbəkistan tərəfindən Qarabağın bərpasına göstərdiyi dəstək ayrıca yeri tutur. Özbəkistan bu sahədə birinci öncül dövlət olmuşdur. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə Xankəndi şəhərindəki tikiş fabrikidir. Burada ən yeni texnologiyalar əsasında 200-dən çox insan çalışır və gələcəkdə onların sayı əhəmiyyətli dərəcədə artacaq. Bütün bunlar bir daha əyani formada təsdiq edir ki, Azərbaycan dost və qardaş Özbəkistanla əlaqələrin inkişafına böyük diqqət yetirir və ölkənin beynəlxalq siyasətinin prioritet istiqaməti kimi qiymətləndirir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта