RU

Əcnəbi mütəxəssis işə başladı, millimizin üzvü kənarda qaldı

"Sumqayıt" yeni mövsümün hazırlıqlarına start verib.

Kollektiv bu gün doğma şəhərdə bir araya gəlib.

Komanda yeni baş məşqçi Saşa İliçin rəhbərliyi altında "SOCAR Polimer Arena"nın yardımçı meydançasında məşqə çıxıb.

Serbiyalının sərəncamında yer almayanlardan biri "Sumqayıt"ın və millimizin yarımmüdafiəçi Səbuhi Abdullazadə olub.

23 yaşlı orta sahə oyunçusu məşqi qısa müddət kənardan izlədikdən sonra arenanı tərk edib.

Əldə etdiyimiz məlumata görə, onun kənarda qalması hər hansı zədə və ya üzrlü səbəbdən deyil.

Müqaviləsi bitən futbolçu ilə yeni anlaşma imzalamaq müşkülə çevrilib.

Təbii ki, yüksək maaş tələbi üzündən.

Tərəflər arasında danışıqlar davam edir.

Razılıq əldə olunsa, növbəti məşqlərdən onu İliçin sərəncamında görə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
22
50
sportinfo.az

10Источники