RU

EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezident Rəşad Rəsullu, ACF prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.

Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildiriblər. Cüdoçulara yarış öncəsi tövsiyələr verilib, onlara uğurlar arzulanıb.

Qeyd edək ki, EYOF çərçivəsində cüdo yarışları 22–26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Universiadada iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub

Zeyd Ələsgərov: "İnanıram ki, EYOF-da uğurlu çıxışımı davam etdirəcəm"

EYOF-da iştirak edəcək cüdoçuların siyahısı bəlli olub

Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb

Millimiz beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb

Избранный
71
50
apasport.az

10Источники