Hurriyyet.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukraynanın keçmiş müdafiə naziri Rustem Umerov Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.
Umerov 2023-cü ilin sentyabrından 2025-ci ilin iyulunadək Müdafiə Nazirliyinə rəhbərlik edib. Ukrayna Prezidenti Vladimir Zelenski iyulun 14-də Ali Radaya o zaman hökumətə rəhbərlik edən Denis Şmıqalı müdafiə naziri vəzifəsinə təyin etməyi təklif edib. Şmıqalın yerinə Yuliya Sviridenko Baş nazir vəzifəsinə təyin edilib.
Hürr Tərcüman