UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək “Şelburn” (İrlandiya) – “Qarabağ” oyununun biletləri tükənib.
Publika.az xəbər verir ki, bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
5750 tamaşaçı tutumuna malik “Tolka Park” stadionunda baş tutacaq qarşılaşma üçün bütün biletlər satılıb.