RU

“Tottenhem”in yeni baş məşqçisi ilk səhvi etdi: Bu komandanın adını çəkdi

“Tottenhem”in yeni baş məşqçisi Tomas Frank artıq ilk səhvə yol verib.

Publika.az xəbər verir ki, Tomas mətbuat komnfransında “Tottenhem”in əzəli rəqibi “Arsenal”ı tərifləyib:

“Sizə bir şeyi söz verə bilərəm: hansı oyunlarda məğlub olacağıq – bu, 100% olacaq. Mən heç bir oyunda uduzmayan komanda görməmişəm. Premyer Liqada “Arsenal” var idi… Deyəsən, burada onun adını çəkməyə dəyməzdi. Bax mən artıq ilk səhvə yol verdim”.

Frank 2003/04 mövsümünü xatırladıb. O zaman “topçular” çempionluğa heç bir məğlubiyyət olmadan qazanıb: 26 qələbə və 12 heç-heçə.

Избранный
11
50
publika.az

10Источники