RU

Böyük Britaniya Ukraynaya 50 günlük silahlandırma kampaniyasına başlayır

Böyük Britaniyanın müdafiə naziri Con Hili yaxın günlərdə keçiriləcək “Ramştayn” formatında görüşdə Ukraynanı silahlandırmaq üçün 50 günlük intensiv kampaniyaya başlayacaqlarını elan edəcək. Bu barədə The Telegraph və Bloomberg məlumat yayıb.

Nazirin çıxışında “Ukraynaya silah təmin etmək və Putini danışıqlar masasına oturtmaq üçün 50 günlük kampaniyanı fəallaşdırmalıyıq” fikrini səsləndirməsi gözlənilir. Britaniya Müdafiə Nazirliyinin bəyanatında da bu planın önəmi vurğulanıb.

Eyni zamanda, Böyük Britaniya və Almaniyanın Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin alqısı barədə razılaşma imzalayacağı bildirilib. Bu məqsədlə təxminən 170 milyon avro vəsaiti Almaniya hökuməti maliyyələşdirəcək.

Londonda səslənən digər bir təşəbbüs isə ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı siyasətini dəstəkləməyə müttəfiqləri çağırmaqla bağlıdır. İyulun 14-də verdiyi bəyanatda prezident Tramp Rusiya ilə ticarət əlaqəsi olan tərəflərə qarşı 100%-lik sərt tariflər tətbiq olunacağını bildirmiş və Ukraynanın silahlandırılmasını davam etdirmək niyyətində olduqlarını, lakin bu prosesin Avropa müttəfiqlərinin maliyyə dəstəyi ilə gerçəkləşəcəyini qeyd etmişdi.

Beləliklə, Qərbin Ukraynaya dəstəyi yeni mərhələyə keçir və qarşıdakı 50 gün beynəlxalq diplomatiya və hərbi strategiya baxımından həlledici olacaq.

S.ELAY

XQ

Избранный
12
50
xalqqazeti.az

10Источники