RU

Peskov: Azərbaycan iddia qaldırarsa, rəsmi hökmləri gözləyəcəyik

Dogru.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Azərbaycan Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırarsa, Rusiya tərəfi istintaqın nəticələrini gözləyəcək.

Doğru.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərin sualına cavabında bildirib: “İstintaq hərəkətləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır. Biz rəsmi hökmü gözləyəcəyik”.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış, nəticədə 38 nəfər həyatını itirmişdi. Fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi qəza ilə bağlı ilkin hesabat dərc etmişdi.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
50
dogru.az

10Источники