RU

Azərbaycanda mənzil qiymətlərinin KƏSKİN BAHALAŞMASININ SƏBƏBİ BƏLLİ OLDU - Deputat AÇIQLADI

Məlum məsələdir ki, Azərbaycanda daşınmaz əmlak qiymətləri dayanmadan artmaqdadır. Bu məsələ heç cür tənzimlənə bilmir. Əksinə, qiymətlər günü-gündən təmamilə əlçatmaz həddə çatır.

 

Belə ki, son dövrlərdə daşınmaz əmlak bazarında hər il təxminən 50-55 faiz qiymət artımı müşahidə edilir. Bu, sadəcə dəhşətli göstəricidir...

 

Ekspertlər bununla bağlı vahid təklifin təklif olunmasını həll yolu kimi görürlər.

 

Belə bir təklif effektiv ola bilərmi? Ümumilikdə, daşınmaz əmlak qiymətlərinin tənzinlənməsi ilə bağlı hansısa təkliflər gözlənilirmi?

 

Milli Məclisin deputatı Fazil Mustafa Referans-a açıqlamasında bu sualları cavablandırıb.

 



“Tənzimləmə süni sürətdə qaldırılır və bunun qarşısını almağın yolları da çox asanlıqla ola bilər. Sadəcə buna müvafiq qurumlar ciddi diqqət yetirsə, bu mümkün ola bilər. Amma bu gün bazarda inhisarçılıq meyillərinin qarşısı alınsa, elə də ciddi problem olmayacaq. Çünki bu məsələ, daşınmaz əmlak bazarında – istər fərdi evlərin, istərsə də mənzillərin qiymət artımının səbəbi tikinti bazarında olan qiymət artımları ilə bağlıdır. Eyni zamanda torpağın da qiymətinin artması bahalaşmaya səbəbdir. İstər tikinti sektoru, istərsə də başqa sektor olsun fərq etmir. Qiymət artımı əsas bununla bağlıdır. Bunlar ortadan qalxsa qiymətlər də normal şəkildə tənzimlənə biləcək”.

 

Fidan Vəlisoy

 

Избранный
11
25
referans.az

10Источники