RU

“İldə 1 klub dəyişir” - Azərbaycanlı hücumçuya niyə inanmırlar?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun Polşa təmsilçisi “Motor”a transferi klubun azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, yerli fanatlar onun komandada möhkəmlənəcəyinə və uzun müddət qalacağına şübhə edirlər.

Dadaşovun tez-tez komanda dəyişməsi polşalıları bu cür düşünməyə vadar edib. Təsadüfi deyil ki, forvard cəmi 26 yaşı olmasına baxmayaraq, “Motor” onun peşəkar karyerasında 10-cu klub olacaq.

Almaniya ilə yanaşı, Portuqaliya, İsveçrə və Türkiyədə legioner həyatı yaşamış Renatın “Motor”la uğurlu olacağına Polşada çox az adam inanır.

Yerli futbol ictimaiyyəti onun bir mövsümlük çıxışın ardından komandanı tərk edəcəyini düşünür.

Renat Dadaşov “Motor”la 1+1 illik müqavilə imzalayıb. O, ötən mövsüm Polşanın digər klubu “Radomyak”da çıxış edib.

Избранный
32
50
sportinfo.az

10Источники