RU

Ər-Riyadda pilotsuz avtomobillər istifadəyə verilib

Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən pilotsuz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bunu Uber-in Yaxın Şərq üzrə avtonom mobillik üzrə rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə” deyib.

Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi pilotsuz nəqliyyatın adi avtomobillərdən 10 dəfə daha təhlükəsiz olduğunu bildirib.

Pilotsuz avtomobillər ilkin mərhələdə paytaxt ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı və bir sıra digər mühüm yerləri, o cümlədən magistral yollar və şəhərin mərkəzi daxil olmaqla 7 istiqamət üzrə real iş mühitində fəaliyyət göstərəcək.

Избранный
36
6
yeniazerbaycan.com

10Источники