RU

Renatın komandası böyük hesabla uduzdu

Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi "Motor" Ekstraklasanın 2-ci turunda "Poqon"un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyuna start heyətində başlayan Renat 58-ci dəqiqədə - hesabda 1:3 geridə olduqları vaxt əvəzlənib.

"Motor" iki turdan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb.

Избранный
77
3
football-plus.az

7Источники