RU

İtaliya klubu "Barselona"nın qapıçısını istəyir

"Komo" "Barselona"nın qapıçısı İnaki Penanı transfer etməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu haqda "Football İtalia" məlumat yayıb.

Mənbənin məlumatına görə, “Komo”nun baş məşqçisi Sesk Fabreqas keçmiş klubunun futbolçusu ilə müqavilə imzalanmasına icazə verib. 26 yaşlı ispaniyalının özü italyanlara qoşulmağa hazırdır.

2024/25 mövsümündə Pena bütün yarışlarda 23 matçda 25 qol buraxıb, 7 oyunda isə qapısını toxunulmaz saxlayıb. Onun "Barselona" ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

"Transfermarkt" oyunçunun transfer dəyərini 8 milyon avro qiymətləndirir.

Избранный
45
33
operativmedia.az

10Источники