RU

Tramp bu gecə Azərbaycan və Ermənistan arasında sülh sazişini elan etməyi planlaşdırır

ABŞ prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə Ağ Evdə görüşü Cənubi Qafqaz vasitəsilə strateji tranzit dəhlizinin inkişafı üzrə ABŞ-nin müstəsna hüquqlarını ehtiva edən sülh sazişinin imzalanması ilə başa çatacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" rəsmilərə istinadən məlumat yayıb. 

"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Ağ Evdə Trampla danışıqlar və imzalanma mərasiminə qatılacaqlar. ABŞ rəsmiləri anonimlik şərti ilə bildiriblər ki, onlar "sülhə aparan konkret yol"a nail olmaq və uzun müddətdir davam edən tranzit problemini həll etmək məqsədi daşıyan çərçivə sənədini imzalayacaqlar", - deyə agentliyin mənbələri bildirib.

Azərbaycan Ermənistan ərazisindən öz ərazisinin böyük hissəsini Türkiyə ilə həmsərhəd Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizi tələb edib.

Rəsmilər bildiriblər ki, liderlərin cümə günü imzalayacaqları sənədlərin diqqətlə müzakirə olunmuş hissəsinə əsasən, Ermənistan ABŞ-yə Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu adlanacaq uzunmüddətli tranzit dəhlizinin inkişafı üçün eksklüziv, xüsusi hüquqlar verməyi planlaşdırır.

“Reuters”in məlumatına görə, rəsmilər ABŞ-nin ərazini infrastruktur və idarəetmə ilə məşğul olacaq konsorsiuma subicarəyə verəcəyini bildirib.

"Kommersiya tədbirləri vasitəsilə bu addım regionu blokadadan çıxaracaq və gələcək döyüşlərin qarşısını alacaq", - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri münaqişənin həllində vasitəçilik etmək üçün 1992-ci ildə Fransa, Rusiya və ABŞ-nin həmsədrliyi ilə yaradılmış ATƏT-in Minsk qrupunun buraxılmasını tələb edən sənədləri də imzalayacaqlar.

Nuranə Abbasova 

Избранный
100
50
unikal.az

10Источники