RU

Vens: Putin ilə Zelenski arasında görüşün səmərəli olma ehtimalı yoxdur

BAKI, 10 avqust. TELEQRAF

Avqustun 15-də Alyaskada baş tutacaq Tramp-Putin sammitindən əvvəl Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında keçirilə biləcək mümkün görüşün səmərəli olma ehtimalı yoxdur.

Teleqraf xəbər verir ki, bu fikri ABŞ-nin vitse-prezidenti Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

"Mən belə bir görüşün səmərəli olacağını düşünmürəm. Hesab edirəm ki, prinsipcə, iki lideri bir araya gətirən ABŞ Prezidenti olmalıdır. Biz ukraynalılarla mütləq danışacağıq", - Vens söyləyib.

Избранный
77
37
teleqraf.com

10Источники