RU

Polşa MN: Zelenskinin Alyaska sammitində iştirakı ən yaxşı həll yolu olardı

Ukrayna prezidenti Volodimir Zelenskinin Donald Trampın Vladimir Putinlə görüşündə iştirakı ən yaxşı həll yolu olardı. Bu gün atəşkəs həmişəkindən daha yaxındır...

Poliqon PAP agentliyinə istinadən xəbər verir ki, bunu Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış deyib.

"İnanıram ki, prezident Zelenski dəvət alacaq. Bu gün belə bir ehtimalın olması ilə bağlı məlumatlar ortaya çıxıb. Bu, ən yaxşı həll yolu olardı və inanıram ki, bu baş verəcək", deyə Kosiniyak-Kamış bildirib.

Polşalı nazir qeyd edib ki, ABŞ başda olmaqla Qərb dünyasının məqsədi ədalətli və davamlı sülhə nail olmaqdır və Polşa belə sülhün baş tutması üçün hər şeyi edəcək:

"Mən istərdim ki, prezident Zelenskinin iştirakı ilə razılıq əldə olunsun, biz inanırıq ki, bu, heç olmasa atəşkəs əldə etmək ehtimalına həmişəkindən daha yaxındır. Yaxın günlər bunu təsdiq edəcək".

Nazir həmçinin əlavə edib ki, Polşa Ukraynada mümkün missiyada müttəfiqlərinə maddi-texniki və infrastruktur təhlükəsizliyi vasitəsilə dəstək verməyə hazırdır və ondan tələb olunan bütün NATO missiyalarında iştirak edəcək.

Qeyd edək ki, avqustun 15-də Alyaskada ABŞ prezidenti Donald TrampRusiya prezidenti Vladimir Putin arasında sammit keçiriləcək. Bu, Trampın Ağ Evə qayıtmasından sonra onların ilk görüşüdür.

Danışıqların Ukrayna və Avropa İttifaqının iştirakı olmadan ikitərəfli formatda keçirilməsi planlaşdırılır ki, bu da artıq Kiyevdə və Avropa paytaxtlarında narahatlıq yaradıb. Sammit fəal hərbi əməliyyatlar və mümkün ərazi kompromislərinin müzakirəsi fonunda keçirilir.

Ukrayna prezidenti Volodimir Zelenski Alyaska sammiti ərəfəsində Avropa İttifaqı və NATO-dan diplomatik dəstək alıb. Kiyev görüşün Ukraynanın iştirakı olmadan baş tuta biləcəyindən və onun nəticələrinin potensial olaraq milli maraqları təhdid edəcəyindən ehtiyat edir.

Poliqon.info

 

Избранный
34
50
poliqon.info

10Источники