RU

Vaşinqton görüşü Qarabağın azad olunmasından sonra NÖVBƏTİ TARİXİ NAİLİYYƏTDİR

“Vaşinqtonda baş tutan son görüş bölgədə mühüm geosiyasi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu prosesin başlıca təşəbbüskarı və memarı şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşü Qarabağın azad olunmasından sonra növbəti tarixi nailiyyət kimi qiymətləndirilir:

“Prezidentin təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi məqsədi daşımır, eyni zamanda Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunması üçün strateji bir körpü rolunu oynayır.

Zəngəzur dəhlizi regional deyil, həm də qlobal səviyyədə maraq doğurur. Layihə vasitəsilə böyük dövlətlərin Cənubi Qafqaza marağı artıb, bu da bölgədə davamlı sülhün və sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə şərait yaradır. Vaşinqton görüşünün nəticələri artıq hiss olunmaqdadır. Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Zəngəzur dəhlizi istiqamətində praktiki addımlar atılıb”.

Ekspert qeyd etdi ki, görüşdən sonra Ermənistanın daxili siyasi mənzərəsində də dəyişikliklər baş verib:

“Artıq Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqində yüksəliş müşahidə olunur. Rusiyaya bağlı müxalifətin təsiri də zəifləyib. Bu da Vaşinqton görüşünün regionda yeni siyasi balans yaratdığını göstərir.

Избранный
20
50
publika.az

10Источники