RU

Tramp Putinlə razılaşdı, məxfi xidmət hərəkətə keçdi 6 otaqlı evdə...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Məxfi Xidməti Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan görüş ərəfəsində Ankoric şəhərində mülk icarəyə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times”ın məqaləsində qeyd olunur.

Ankoricdə (Alyaska) qısamüddətli kirayə ilə məşğul olan rieltor Larri Disbrou nəşrə açıqlamasında görüş üçün ABŞ Məxfi Xidmətinə 6 otaqlı ev kirayə verdiyini bildirib.

“Bu səhər ABŞ Məxfi Xidməti mənimlə əlaqə saxladı və məndə boş yerim olub-olmadığını soruşdu və mən dedim ki, onlara lazım olan yer var. Ola bilsin, Ukrayna Prezidenti Volodimir Zelenski üçün də ev axtarırlar”, – Disbrou söyləyib.

Qeyd edək ki, bundan öncə Ukrayna prezidentinin də görüş zamanı Alyaskada olacağı, lakin liderlərlə bir araya gəlməyəcəyinə dair məlumat yayılıb.

Ayşən Mustafa

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
50
globalinfo.az

10Источники