RU

Metroda doğulan körpədən xəbər var KONKRET

Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.

KONKRET.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur:

“Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir”,- bildirilib.

Qeyd edək ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında oğlan uşağı dünyaya gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
27
32
konkret.az

10Источники