RU

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq

Azərbaycan və Ermənistan sərhədində üçüncü ölkə qüvvələri olmayacaq.

Trend xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

“Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər”, – sənəddə deyilir.

Избранный
122
50
editor.az

10Источники