RU

Yeni transfer 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq

"Zirə"nin "Şamaxı” ilə yoxlama oyununda zədələnən futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.

Sportinfo.azxəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı vingerin diz bağları qopub. Əməliyyat olacaq oyunçu 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.

Abdul Aziz bu yay "Zirə"yə keçib. Toqolu ilə 4 illik müqavilə imzalanıb.

Bu, afrikalının karyerasında ilk peşəkar müqavilədir.

Избранный
49
50
sportinfo.az

10Источники