“İmişli” Misli Premyer Liqasının 1-ci turunda Şamaxı şəhər stadionunda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, ev sahhiblərinin baş məşqçisi Xorxe Kaskilya matçdan sonra keçirilən mətbuat konfransında görüş barədə fikirlərini bildirib:
“Yaxşı oynadıq, müdafiə baxımından yaxşı idik. Son dəqiqədə qol buraxmaq ağırdır. Amma bu, futboldur. Birinci hissədə top daha çox mərkəzdə olurdu, komandalar bir-birini tanımağa çalışırdı. Amma ikinci hissdə taktiki cəhətdən daha yaxşı oynadıq. Şanslarımız da oldu. Son dəqiqələrdə müdafiəçimiz və qapıçımızın zədələnməsi oyuna təsir etdi. Diqqətimizi növbəti oyuna cəmləyəcəyik”.