BAKI, 17 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putin və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında üçtərəfli görüşə hazırlıq yalnız 18 avqustda Ağ Evdə baş tutacaq Tramp-Zelenski danışıqlarının nəticəsindən asılı olacaq.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Əgər danışıqlar uğurlu olsa,Tramp administrasiyası 22 avqustda üçtərəfli sammit təşkil etməyi planlaşdırır. Tramp-Zelenski görüşündə azı bir Avropa liderinin iştirak edəcəyi bildirilir, lakin onun konkret kim olacağı hələ məlum deyil.