RU

Putinin Ukrayna ilə bağlı şərtləri məlum olub

Alyaskada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında müzakirə olunan sülh təkliflərinə əsasən, Rusiya işğal etdiyi Ukraynanın kiçik hissələrindən imtina edəcək, əvəzində isə Kiyev Moskvanın ələ keçirə bilmədiyi şərq ərazilərinin böyük hissəsini Rusiyaya verməlidir.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi Moskvanın mövqeyi barədə məlumatlandırılmış mənbələrə istinadən böyük materialla çıxış edib.

Bildirilir ki, məlumat Tramp və Putinin Alyaskadakı hərbi hava bazasında görüşməsindən bir gün sonra ortaya çıxıb. Onu da qeyd edək ki, bu, Ukrayna müharibəsinin başlamasından əvvəlki dövrdən bəri ABŞ prezidenti ilə Kreml rəhbərinin ilk görüşü idi.

Xəbərə görə, Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi Vaşinqtona gedərək Tramp ilə müharibənin mümkün həlli yollarını müzakirə edəcək.

Sammitdə istədiyi atəşkəsi əldə edə bilməsə də, Tramp Fox News-un aparıcısı Şon Hannitiyə müsahibəsində bildirib ki, o və Putin torpaq mübadiləsi və Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparıblar və böyük ölçüdə razılaşıblar.

Избранный
97
50
azpost.info

10Источники