RU

Putinin sülh planı belədir: Ukraynadan geri çəkilin, Krımı tanıyın, NATO dan əl çəkin!

ain.az, Azxeber.com saytına istinadən bildirir.

Putinin müharibəni bitirmək üçün Trampa verdiyi təkliflər üzə çıxıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti ABŞ və Ukrayna qarşısında çox sərt şərtlər irəli sürüb. 

Rusiyanın təklifinə görə, Kiyev Donetsk və Luqansk vilayətlərindən tamamilə geri çəkilməlidir, əvəzində Rusiya Xerson və Zaporojye bölgələrində cəbhə xəttini dondurmağa razılıq verəcək.

Rusiya Sumı və Xarkov vilayətlərində işğal etdiyi kiçik torpaq sahələrini geri qaytarmağa hazırdır. Hazırda Rusiya bu bölgələrdə ümumilikdə təqribən 440 kvadrat kilometr əraziyə nəzarət edir. 

Putin Krım üzərində suverenliyinin rəsmi tanınmasını da istəyir. 

O həmçinin Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların qaldırılmasını da gözləyir.

Təklif olunan razılaşmaya görə, Ukraynanın NATO-ya qoşulmasına icazə verilməyəcək, lakin Putin Ukraynanın müəyyən təhlükəsizlik zəmanətlərinə razıdır.

Rusiya həmçinin Ukraynada rus dilinin rəsmi status almasını, həmçinin Rusiya Pravoslav Kilsəsinin azad şəkildə fəaliyyət göstərməsini tələb edir.

Ən əsası isə Putin atəşkəsi yalnız hərtərəfli sülh sazişi əldə edildikdən sonra mümkün hesab edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
18
azxeber.com

10Источники