RU

“Roma” “Aston Villa”nın hücumçusunu transfer edir?

İtaliya “Roma” klubu “Aston Villa”nın futbolçusu Leon Beylini heyətinə qatmaq üzrədir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, “canavarlar” yamaykalı futbolçunu mövsümün sonuna qədər icarə əsasında transfer edəcək. İtaliya nəhəngi Beyli üçün icarə haqqı olaraq  3 milyon avro ödəyəcək.Sazişdə 20 milyon avroluq satınalma opsiyası da yer alacaq. 28 yaşlı futbolçu bazaya bazar ertəsi günü qoşulacaq.

İlk turun matçında “Roma” “Bolonya” ilə qarşılaşacaq. Görüş 23 avqust, şənbə günü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, ötən mövsüm “Roma” Serie A-da 5-ci yeri tutmuş və Avropa Liqasına vəsiqə qazanmışdı.

Избранный
55
9
90deqiqe.az

10Источники