RU

Tramp Zelenski ilə görüş formatını dəyişdi – Avropa liderləri gözləməli olacaqlar

Almaniyanın Bild nəşrinin yazdığına görə, sabah Ağ Evdə keçiriləcək görüşün əvvəlində yalnız ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski iştirak edəcək. Avropa liderləri isə danışıqlara daha sonra qoşulacaqlar.

Məlumata görə, Tramp Zelenski ilə təkbətək görüş keçirmək qərarı verib. Halbuki Ukrayna liderini Vaşinqtona Almaniya kansleri Fridrix Merts, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və digər yüksək səviyyəli siyasətçilər müşayiət edir.

Bild yazır ki, ilkin mərhələdə yalnız ABŞ və Ukrayna prezidentləri arasında, həmçinin NATO nümayəndələrinin iştirakı ilə danışıqlar aparılacaq. Bundan sonra görüşə Aİ və NATO-nun digər rəsmiləri də qatılacaqlar.

Avropadan Vaşinqtona gələn nümayəndə heyətinə Merts və Fon der Lyayendən əlavə Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, İtaliyanın baş naziri Corciya Meloni, Finlandiya prezidenti Aleksandr Stubb və NATO-nun baş katibi Mark Rutte daxildir.

Proqrama birgə işçi nahar və geniş müzakirələr də daxil edilib.

S.ELAY

XQ

Избранный
69
50
xalqqazeti.az

10Источники