RU

“Şamaxı”nın futbolçusu: “Nəinki “Neftçi”, istənilən rəqibə qarşı motivasiyalı oluruq”

"Mövsümün ilk rəsmi matçı idi. Təbii ki, rəqib də iddialı komandalardandır".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Rüfət Abbasov deyib.

Cinah müdafiəçisi "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının ilk turu ilə bağlı təəssüratlarını bölüşüb: "Səfərdə bir xal qazanmaq uğurlu nəticədir. 1:0-dan sonra hesabı da da artıra bilərdik. Amma alınmadı. Görüşün ikinci yarısında rəqibin də önə keçmək şansları oldu. Məncə, bərabərlik bizim üçün yaxşı nəticə sayılmalıdır".

Abbasov hər oyunun "Şamaxı" üçün finala bərabər olacağını söyləyib: "Nəinki "Neftçi", istənilən rəqibə qarşı motivasiyalı oluruq".

Oyunçu cari mövsüm bölgə təmsilçisinin hədəflərindən də söz açıb: "İlk növbədə əsas məqsədimiz Premyer Liqada qalmaq və yerimizi möhkəmləndirməkdir. Amma hər oyunda çalışacağıq. İstənilən rəqibə qarşı yaxşı mübarizə aparmaq niyyətindəyik. Bütün matçlarda əlimizdən gələnin ən yaxşısını edəcəyik".

İdman.biz

Избранный
15
50
idman.biz

10Источники