RU

Medvedçuk: Avropa Zelenskini mütləq tərk edəcək - ÖZƏL

"Başqa Ukrayna" hərəkatının rəhbəri, qadağan olunmuş "Həyat naminə müxalifət platforması" partiyasının sabiq lideri Viktor Medvedçuk hesab edir ki, Avropa yaxın gələcəkdə Ukrayna prezidenti Volodimir Zelenskidən imtina edəcək. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, "The Times" nəşri yazır ki, əgər ABŞ-nin sülh vasitəçiliyi uğursuz olarsa, ABŞ prezidenti Donald Tramp Zelenskini "günah keçisi" edə bilər. Medvedçuk "Smotrim.ru" portalında dərc olunan müəllif yazısında qeyd edib:
"Burada sual yaranır - Avropadakı himayədarları Ukrayna münaqişəsini zərər hesabına siləcəklər, yoxsa onun rentabelliyi üçün mübarizə aparacaqlar? Avropada bu barədə vahid mövqe yoxdur. Ona görə də Zelenski mütləq satılacaq, ya yaxın vaxtlarda, ya da gələcəkdə." Onun fikrincə, Avropada artıq Zelenskiyə münasibətdə şübhələr yaranıb: "Onlar başa düşməyə başlayıblar ki, onlara 'yararsız mal' sırıdılıb və bundan qurtulmaq lazımdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
50
olaylar.az

10Источники