RU

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb – FOTO – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, Tükəvilə kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Tribunainfo.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

12.26

Lənkəranda 18 yaşlı oğlan süni göldə boğularaq ölüb.

APA-nın  verdiyi xəbərə görə, hadisə səhər saatlarında rayonun Tükəvilə kəndi ərazisində baş verib.

Kənd sakini 2007-ci il təvəllüdlü Tohid Ələsgərov dostları ilə qaçışdan sonra göldə əl-üzünü yuyan zaman ehtiyatsızlıqdan ayağı sürüşərək gölə düşüb. O, boğularaq ölüb. Meyit sudan çıxarılıb.

Tohid Ələsgərovun güləşlə məşul olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
1
4
tribunainfo.az

8Источники