Gəncədə təmir gedən binaya quraşdırılan dəmir konstruksiya küçəyə aşıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. 5 mərtəbəli yaşayış binasının fasad hissəsinin təmir olunması ilə bağlı dəmir konstruksiya quraşdırılıb. Dəmir konstruksiyanın küçəyə aşması nəticəsindən ərazidən keçən 1971-ci il təvəllüldü S.Məmmədova qolundan xəsarət alıb.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.