RU

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA-nın əmsallar reytinqində mövqeyini yaxşılaşdırıb.

Operativ Media xəbər verir ki, “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi sayəsində ölkəmiz daha 6 əmsal qazanıb. Bu isə Azərbaycanın avrokuboklarda iştirakçı sayına uyğun olaraq 4-ə bölünüb.

Beləliklə, yekun nəticədə reytinqə 1,500 əmsal əlavə olunub. Bununla da əmsal ehtiyatını 21,000-a çatdıran Azərbaycan Ukrayna (19,850) və Sloveniyanı (20,468) geridə qoyaraq 28-ci yerdən 26-cı pilləyə yüksəlib.

Sloveniya və Ukrayna klubları avrokuboklarda (Avroliqa və Konfrans Liqası) mübarizəni davam etdirir. Onların Liqa mərhələsinə yüksələcəyi halda Azərbaycan reytinqdə yenidən 28-ci enə bilər.

Избранный
11
12
operativmedia.az

10Источники